바로가기 메뉴 본문 바로가기 주메뉴 바로가기
Haqqında

Salamlama

  1. Haqqında
  2. Salamlama
photo
Koreya Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Kang Kymgu

Xəzər dənizinin sahillərində və Qafqaz dağlarının ətəklərində yerləşən Azərbaycan Respublikası, Paleolit dövrünə aid qədim insan izlərini daşıyan tarixi qalıqları və möhtəşəm təbiət mənzərələri ilə tanınır.

Qədim zamanlardan etibarən Azərbaycan, İpək Yolunun keçdiyi ərazilərdən biri olaraq, Asiya ilə Avropanı birləşdirən əsas coğrafi nöqtə kimi xidmət edib. Bu gün ölkənin zəngin təbii sərvətləri Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi fəaliyyət göstərməsinə imkan yaradır və beynəlxalq səhnədə onun mövqeyini daha da gücləndirir.

1992-ci ildə diplomatik münasibətlər qurulandan bəri Koreya və Azərbaycan, qarşılıqlı dövlət başçıları səfərləri və müxtəlif sahələrdə əməkdaşlıq vasitəsilə ikitərəfli əlaqələrini davamlı olaraq inkişaf etdiriblər. Son illərdə Azərbaycan enerji sektorundan kənara çıxaraq rəqəmsal transformasiya, kənd təsərrüfatının modernləşdirilməsi və turizmin təşviqi vasitəsilə iqtisadiyyatını şaxələndirməyə çalışır və bu da əməkdaşlıq üçün çoxsaylı yeni imkanlar yaradır.

Koreyalıların Azərbaycana olan marağının artması nəticəsində ölkəyə səfər edənlərin sayı artır və eyni zamanda, getdikcə daha çox azərbaycanlı K-pop ilə maraqlanır və Koreya dilini öyrənir. İnsanlar arasında qarşılıqlı mübadilələrin və anlayışın genişlənməsi ölkələrimiz arasındakı dostluq münasibətlərinin inkişafına böyük töhfə verir.

Biz Koreya-Azərbaycan əlaqələrinin daha da genişləndirilməsinə töhfə verən və Azərbaycanda Koreya şirkət və vətəndaşlarını dəstəkləyən açıq və fəal Səfirlik olaraq fəaliyyət göstərəciyik.

Səfiri Kang Kymgu